Mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün tankerların icarə tarifləri Atlantik hövzəsində gündəlik 200 min dollara qədər artıb. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. Halbuki, martın 2-də “Spark Commodities” gəmiçilik şirkətinin təklif etdiyi LNG tankeri üzrə son qiymətləndirilmiş gündəlik tarif 61,5 min dollar idi.
Gəmilər üzrə tariflərin kəskin artımı Qətərdə LNG istehsalının dayandırılması ilə əlaqələndirilir. “Bloomberg”in mənbələri bildirirlər ki, yeni təklif olunan tariflərlə hələlik heç bir müqavilə bağlanmayıb. Sənaye ekspertlərinin fikrincə, tariflər yeni səviyyədə qalacaq, artım isə yalnız “Qətərdə LNG istehsalının dayanması uzanarsa” mümkün ola bilər.
Martın 2-də Qətərin dövlət şirkəti “QatarEnergy” İranın pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən Rəs-Laffan və Məsəid sənaye şəhərlərində yerləşən obyektlərdə mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların istehsalını dayandırıb. Bundan sonra Avropada qazın birja qiymətləri, eləcə də enerji kömürünün qiymətləri artıb.






