11 C
Baku
Tuesday, March 3, 2026

Ombudsman daha iki səlahiyyət istəyir

Ombudsman özünə daha iki səlahiyyət verilməsini istəyir.

Banker.az xəbər verir ki, bu, ombudsman Səbinə Əliyevanın bu gün parlamentə təqdim etdiyi Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə əksini tapıb.

Ombudsman ona aşağıdakı səlahiyyətlərin verilməsini vacib sayır:

– Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş məhkumun xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi haqqında məsələyə o cümlədən Ombudsmanın təqdimatı əsasında baxılması ilə bağlı həmin Məcəllənin 511.2-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi;

– cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı məsələyə, habelə Ombudsmanın vəsatəti əsasında baxılmasına dair Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə zəruri dəyişikliyin edilməsi.

Son xəbərlər
Digər xəbərlər