12 C
Baku
Tuesday, March 3, 2026

Brent markalı neftin qiyməti 2024-cü ilin iyulundan bəri ilk dəfə 85 dolları keçib

Londonun Intercontinental Exchange (ICE) birjasında 2026-cı ilin may ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti bir barel üçün 85 dolları ötərək 19 iyul 2024-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Bakı vaxtı ilə saat 15:20-yə olan məlumata görə, Brent 9,49% artaraq 85,12 dollar səviyyəsinə yüksəlib.

Saat 15:30-a doğru artım tempi zəifləyib və qiymət 84,15 dollar (+8,25%) olub. Eyni zamanda, 2026-cı ilin aprel ayı üzrə WTI markalı neft fyuçersləri 7,62% artaraq 76,66 dollar səviyyəsində qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər