8 C
Baku
Tuesday, March 3, 2026

“Zabrat İstixana” ASC-də rəhbərlik dəyişir: İcra orqanı yenidən formalaşdırılır

“Zabrat İstixana”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Zabrat İstixana” ASC-nin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

3. “Zabrat İstixana”ASC-nin İcra orqanının formalaşdırılması;

4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

İclasın keçiriləcəyi tarix 21 aprel 2026-cı il tarixdə, saat 15:00-dadır. İclasın keçiriləcəyi ünvan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat İstixana” ASC-nin inzibati binasıdır.

Son xəbərlər
Digər xəbərlər