9 C
Baku
Tuesday, March 3, 2026

İran Yaxın Şərqin iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələyib

İran ABŞ və İsrailin hücumları dayanmayacağı təqdirdə Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələyib.

Bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Ebrahim Cabbarinin bəyanatına istinadən məlumat yayıb.

“Biz düşməni xəbərdar edirik: əgər o, bizim əsas mərkəzlərimizə zərbə endirmək qərarına gəlsə, biz regionun bütün iqtisadi mərkəzlərinə zərbələr endirəcəyik”, – Cabbari deyib.

O, həmçinin qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqla artıq iqtisadiyyata təzyiq göstərir.

“Biz Hörmüz boğazını bağlamışıq. İndi neftin qiyməti 80 dolları ötür və tezliklə 200 dollara çatacaq”, – Cabbari bildirib.

“Al Jazeera” qeyd edib ki, Hörmüz boğazından dünya neft ticarətinin təxminən beşdə biri, həmçinin Qətər və Birləşmiş Ərəb Əmirliklərindən əhəmiyyətli həcmdə mayeləşdirilmiş təbii qaz ixracı keçir. Bu dəniz dəhlizi vasitəsilə dünya gündəlik neft istehlakının təxminən 20 %-i daşınır, bu da gündə təxminən 20 milyon barel təşkil edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər