Azərbaycanda qadınların iqtisadi fəaliyyətinə dair qanunvericilik nisbətən yaxşıdır, amma bu hüquqların həyata keçirilməsini təmin edən institutlar və mexanizmlər daha zəif səviyyədədir.
Banker.az xəbər verir ki, bu barədə Dünya Bankının “Women, Business and the Law 2026” hesabatında bildirilib.
Bununla yanaşı, dəstəkləyici mexanizmlər üzrə indeks 47,58 bal olub. Bu isə qadınların hüquqlarını praktikada həyata keçirməyə kömək edən institutların, proqramların və siyasətlərin kifayət qədər inkişaf etmədiyini göstərir.
Qanunların tətbiqi üzrə qiymətləndirmə isə 59,12 bal təşkil edib ki, bu da qanunların praktikada yalnız qismən icra olunduğunu göstərir.
Hesabatda qeyd olunur ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qanunvericiliklə real tətbiq arasında fərq qalır. Yəni qanunlar qadınların iqtisadi fəaliyyətinə imkan versə də, onların effektiv icrası üçün institusional və sosial mexanizmlər tam formalaşmayıb.
Sənəddə həmçinin vurğulanır ki, son illərdə Azərbaycanda qadınların əmək bazarına çıxışını genişləndirmək üçün müəyyən islahatlar həyata keçirilib. Bu çərçivədə qadınların işləməsinə qoyulan 674 peşə üzrə məhdudiyyətlərin böyük hissəsi aradan qaldırılıb və qadağan olunan peşələrin siyahısı 204-ə endirilib.
Qeyd edək ki, Dünya Bankının hesabatı qadınların iqtisadi imkanlarını 10 sahə üzrə qiymətləndirir. Bunlara təhlükəsizlik, əmək fəaliyyəti, əməkhaqqı, sahibkarlıq, nikah, valideynlik, uşaq baxımı, aktivlər və pensiya hüquqları daxildir. Hesabat 190 ölkəni əhatə edir və qlobal səviyyədə də qanunvericiliklə praktiki tətbiq arasında fərqin qalmaqda davam etdiyini göstərir





