10 C
Baku
Wednesday, March 4, 2026

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank” ASC-yə yeni Baş əməliyyat direktoru təyin edilib.

Banker.az xəbər verir ki, Fərid Cəfərov “PAŞA Bank” ASC-də Baş əməliyyat direktoru (COO) vəzifəsinə təyin edilib.

O, 2025-ci ilin iyul ayından bu təyinata kimi “PAŞA Bank”da Məhsul idarəetməsi üzrə aparıcı direktor, 2024-cü ilin yanvarından 2025-ci ilin iyul ayına kimi isə Əməliyyatlar üzrə aparıcı direktor kimi vəzifələrdə çalışıb.

Fərid Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2000–2004-cü illərdə Bank işi və maliyyə təminatı xidmətləri ixtisası üzrə bakalavr, 2004–2006-cı illərdə isə magistr təhsili almışdır.

 

Son xəbərlər
Digər xəbərlər