8.5 C
Baku
Thursday, March 5, 2026

“Azəri Star Mikromaliyyə” kollektiv idarə etmə strukturundan çıxır

BOKT “Azəri Star Mikromaliyyə” MMC kollektiv idarə etmədən imtina edərək, yeni strukturla fəaliyyətini davam etdirmək istəyir.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkətin rəhbərliyi qərar qəbul edib.

Belə ki, indiyə qədər şirkət İdarə Heyəti kimi kollektiv idarə orqanı ilə fəaliyyətdə idi. İndi isə bu struktur dəyişdirilib və təkbaşına direktorun öhdəliyinə keçir.

İndiyə qədər idarə heyəti sədri Elnur Allahverdiyev Elman oğlu direktor kimi çalışacaq.

BOKT-nin idarə heyəti üzvləri Sevinc Qəmbərova Azər qızı və Aliyə Qəniyeva Arif qızı idi.

Xatırladaq ki, Bank Olmayan Kredit Təşkilatı “Azəri-Star Mikromaliyyə” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 405 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər