Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Birjadan Banker.az-a verilən məlumata görə, 2026-cı ilin yanvar-fevral ayları ərzində “ABB İnvest İnvestisiya Şirkəti” QSC 8 milyard 6 milyon manat dövriyyə ilə 1-ci, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 3 milyard 548 milyon manat dövriyyə ilə 2-ci, “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 1 milyard 611 milyon manat dövriyyə ilə 3-cü olub.







