Dövlət Vergi Xidməti proqram təminatlarının texniki dəstəyi üçün 2,1 milyon manatlıq müqavilə bağladı.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti 2026-cı il üzrə istifadəsində olan proqram təminatlarına texniki dəstəyin göstərilməsi ilə bağlı satınalma həyata keçirib.
Məlumata görə, satınalma çərçivəsində “PKS AİS”, “DeepSage”, “TAXESBI” və “Common Reporting Standards” proqram təminatlarının texniki dəstəyi xidmətləri nəzərdə tutulur.
Keçirilən satınalmanın qalibi Nooga Development AZ MMC olub. Şirkətlə bağlanan müqavilənin dəyəri 2 118 398 manat təşkil edir.





