9 C
Baku
Thursday, March 5, 2026

Azərbaycanda kapitalı 800 min manatdan çox olan fındıq şirkəti ləğv edilir

“Zaqatala-Fındıq” Açıq Tipli Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı Zaqatala şəhəri, Azərbaycan pr. 37 ünvanında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin İdarə Heyətinin Sədrinin hesabatı

2. İllik hesabatın təsdiqi

3. Təşkilati məsələlər

4. Cəmiyyətin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi

5. Cəmiyyətin ayrılma yolu ilə yenidən təşkil edilməsi

6. Təhvil Aktının və ya bölünmə balansının təsdiq edilməsi

7. Cəmiyyətin ləğv edilməsi

8. Digər məsələlər

Yığıncaq 19.04.2026-cı il tarixdə, saat 10-00-da Zaqatala şəhəri, “Su səsi” restoranı ünvanında keçiriləcəkdir. Yığıncağın gündəliyi üzrə materiallarla yuxarıda qeyd edilən ünvanda tanış olmaq olar.

Xatırladaq ki, fındıq şirkəti 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 838 868 manat təşkil edir və qanuni təmsilçisi Şahin Muxtarovdur.

Son xəbərlər
Digər xəbərlər