Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib.
Bunu Livanın informasiya naziri Pol Morkos bildirib.
“Nazirlər Kabinetinin qərarına əsasən, iranlılar bundan sonra Livana daxil olarkən yenidən viza almalıdırlar”, – o deyib.
P.Morkos qeyd edib ki, ölkənin Baş naziri Nəvaf Salam İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livanda hər hansı hərbi fəaliyyətinin qarşısının alınması üçün tədbirlər görməyi tələb edib.
Nazirin sözlərinə görə, bundan sonra hökumət ölkədə SEPAH-ın istənilən üzvünü saxlayacaq.






