1 may 2026-cı il saat 9.00-da “Azneftmaşservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. ASC-nin idarəetmə orqanlarının 2025-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı. Dividendlərin bölüşdürülməsi.
2. İllik hesabatların təsdiq edilməsi.
3. Təşkilati məsələ. ASC-nin idarəetmə orqanlarının seçilməsi.
4. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyindəki məsələlərə aid materiallarla tanışlıq üçün iş günlərində ASC-nin rəhbərliyinə müraciət etmək olar.
Xatırladaq ki, “Azneftmaşservis” ASC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 237 808 manatdır və qanuni təmsilçisi Nizami Quliyevdir.





