8 C
Baku
Monday, March 9, 2026

ABŞ İrana qarşı əməliyyata görə strateji neft ehtiyatından istifadə edə bilər

Vaşinqton administrasiyası zərurət yaranarsa, İrana qarşı hərbi əməliyyatlar fonunda qlobal qiymətləri aşağı salmaq üçün strateji neft ehtiyatından neft satmağa başlaya bilər.

Bunu ABŞ-nin energetika naziri Kris Rayt bunu CBS telekanalının efirində bildirib.

“Amerikanın strateji neft ehtiyatında hələ də 400 milyon bareldən çox neft var. Əlbəttə ki, biz onu fəal şəkildə istehsal edirik”, – o qeyd edib.

“Lazım gələrsə, ondan istifadə etməkdən məmnunuq”, – Rayt strateji neft ehtiyatına toxunaraq əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər