5 C
Baku
Tuesday, March 10, 2026

“Fitch”: İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər

İran ətrafında münaqişə enerji qiymətlərinin artması fonunda Azərbaycan üçün əlavə ixrac və büdcə gəlirləri yarada bilər.

Banker.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Agentliyin qiymətləndirməsinə görə, Körfəz regionundan kənarda yerləşən hidrokarbon ixracatçıları – Azərbaycan, Angola, Argentina, Braziliya, Kolumbiya, Ekvador, Qabon, Qazaxıstan, Nigeriya və Konqo üçün enerji qiymətlərinin uzun müddət yüksək qalması ixrac və fiskal gəlirlərin artmasına səbəb ola bilər.

“Fitch”in məlumatına görə, Azərbaycan seçilmiş inkişaf etməkdə olan ölkələr arasında fosil yanacaq ixracının ÜDM-də payına görə ən yüksək göstəricilərdən birinə malikdir. Belə ki, xalis fosil yanacaq ixracı ÜDM-in 28,8%-ni təşkil edir.

Agentlik həmçinin bildirir ki, 2024-cü ildə Azərbaycanda fosil yanacaq subsidiyalarının həcmi ÜDM-in təxminən 5,5%-nə bərabər olub.

Bununla yanaşı, “Fitch” qeyd edir ki, İran daxilində qeyri-sabitlik güclənərsə, Azərbaycan, İraq və Türkiyə İrandan mümkün qaçqın axınından təsirlənə bilər.

Agentliyin baza ssenarisinə görə, Hörmüz boğazının faktiki bağlanması bir aydan az davam edərsə və regionun neft infrastrukturu ciddi zərər görməzsə, inkişaf etməkdə olan ölkələrin kredit reytinqlərinə təsir məhdud olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər