Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxslərə qaytarılması üzrə “ƏDV geri al” layihəsi uğurla davam edib.
Banker.az xəbər verir ki, 2026-cı ilin yanvar-fevral ayları ərzində müvəkkil banklar vasitəsilə ödənilmiş ƏDV-nin qaytarılmış həcmi 6 milyon 715,7 min manat təşkil edib.
Bu, 2025-ci ilin eyni dövründə qaytarılmış 6 milyon 191,4 min manatla müqayisədə təxminən 8,5% çoxdur.
Xatırladaq ki, bu hökumət tərəfindən bu bazarda kölgə iqtisadiyyatı azaltma yolunda atılıb və 2021-ci ilin yanvar ayından qüvvəyə minib. “ƏDV geri al” layihəsi fiziki şəxslərin yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada aldıqları zaman ödədikləri ƏDV-nin bir hissəsini geri almaq imkanıdır. Məsələn, Bakıda yeni tikilmiş mənzili 100 000 manata alan şəxs artıq ödənilmiş 18 000 manatlıq ƏDV-nin bir hissəsini, məsələn 5 400 manatı geri ala bilər.






