Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyən bəyanat yayıb. Bəyanatda həmçinin İranın yeni ali liderinin təyin olunması dəstəklənib.
Bəyanatda bildirilir ki, “ABŞ və onun müttəfiqləri regionda sülh və təhlükəsizliyin əsaslarını dağıdır və beynəlxalq miqyasda qeyri-sabitliyi gücləndirirlər”. Diplomatlar İranda siyasi rejimi dəyişmək və ölkənin ərazi bütövlüyünü pozmaq cəhdlərini pisləyərək dünya ictimaiyyətini bu əməliyyata qarşı çıxmağa çağırıblar.
İranın Ekspertlər Şurası rəsmi olaraq öldürülmüş ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin İranın yeni ali lideri seçildiyini elan edib. KXDR Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Müctəba Xameneinin seçilməsinin “böyük səhv” olduğu barədə bəyanatını da pisləyib.







