10 C
Baku
Wednesday, March 11, 2026

Antiinhisar qurumunun “Bazarstore” barədə cərimə tətbiqinin səbəbi məlum olub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi cari ilin fevralında istehlak bazarına nəzarət tədbirləri çərçivəsində “Azersin Holding” MMC-yə daxil olan “Bazarstore” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Banker.az xəbər verir ki, yoxlama zamanı supermarketdə qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha satıldığı müəyyən olunub. Bu səbəbdən müəssisə barəsində 10 fevral 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.

Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndi tələblərinin pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, malın hesabına dair istehlakçının az miqdarda aldadılması hallarında şirkətlər 4 000 manatdan 6 000 manatadək cərimə olunur.

Son xəbərlər
Digər xəbərlər