Azərbaycanın maliyyə nazirinə daha bir müavin təyin edilib.
Bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev məlumat verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Emin Zamin oğlu Hüseynovun maliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, indiyədək maliyyə nazirinin iki müavini vardı. İlqar Fətizadə nazirin birinci müavini, Azər Bayramov isə müavini postunu tutur.
Report