Beynəlxalq Enerji Agentliyinin (IEA) iştirakçı ölkələri Yaxın Şərqdəki münaqişə fonunda qiymət dəyişkənliyini azaltmaq üçün öz strateji ehtiyatlarından dünya bazarına 400 milyon barel neft çıxarmaq barədə razılığa gəliblər.
Bu barədə agentliyin məlumatında bildirilib.
Qərar IEA üzvlərinin növbədənkənar müşavirəsində qəbul edilib.
Tədarükün həcmi hər bir iştirakçı ölkənin daxili şəraitindən asılı olacaq və bir sıra dövlətlərin strateji ehtiyatları ilə tamamlanacaq. Ümumilikdə IEA ölkələri 1,2 milyard bareldən çox strateji neft ehtiyatına malikdir, bunun da təxminən üçdə birini bazara çıxarmaq planlaşdırılır. Bundan əlavə, IEA-də iştirakçı ölkələrinin dövlət mülkiyyətində olan 600 milyon barel sənaye ehtiyatı var.






