10 C
Baku
Thursday, March 12, 2026

Azərbaycanda cəmi 254 kiloqram istehsal olunub, qramı 6.8 manata satılır

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər il keçirilən statistik müşahidənin nəticələrinə əsasən, 2025-ci ildə arıçılıqla məşğul olan 29456 təsərrüfatda mövcud olan 545,1 min arı ailəsindən 4757,0 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254,0 kq arı südü əldə edilmişdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun – 17,7 manat, vərəmumun – 135,3 manat, güləmin – 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.

2024-cü illə müqayisədə 2025-ci ildə arı ailələrinin sayı 5,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 faiz, bal istehsalı 7,9 faiz, mum istehsalı 6,9 faiz, vərəmum istehsalı 12,2 faiz, güləm istehsalı 11,2 faiz azalıb. arı südü istehsalı isə 6,2 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər