Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İran İslam Respublikasından idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21.200 kq portağal məhsulundan nümunələr götürülüb.
Banker.az xəbər verir ki, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə – “Sitrus qırmızısı -2” üzrə uyğunsuzluq aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.





