7 C
Baku
Friday, March 13, 2026

“Apple” Çin tərtibatçıları üçün “App Store”da komissiyanı 30%-dən 25%-ə endirib

“Apple” Çin tərtibatçıları üçün “App Store”da komissiyanı 30%-dən 25%-ə endirib. Bu barədə şirkətin özü məlumat verib. “Apple” bildirib ki, məqsədi “bütün tərtibatçılar üçün şərtlərin ədalətli və şəffaf olmasını təmin etməkdir”.

Tətbiqlər daxilində edilən alışlar və pullu xidmətlərin alınması üzrə komissiya 30% əvəzinə 25% olacaq. Bundan əlavə, “kiçik biznes” kateqoriyasına daxil olan — illik gəliri 1 milyon dollara qədər olan tərtibatçılar və “WeChat” üçün mini-tətbiq yaradanlar üçün komissiya 15%-dən 12%-ə endiriləcək.

Dəyişikliklər 15 mart 2026-cı ildən qüvvəyə minəcək və iOS və iPadOS üçün tətbiqlərə şamil olunacaq.

2024-cü ildə “Apple” ABŞ-də tərtibatçılara “App Store”dan kənarda ödəniş üçün keçidlər yerləşdirməyə icazə vermişdi. Belə əməliyyatlar üzrə komissiya 30% əvəzinə 27% təşkil edir.

2025-ci ilin iyun ayında isə şirkət Avropa İttifaqında “App Store” qaydalarını yeniləmişdi: alışlar üçün 5% və 13% olmaqla iki səviyyəli komissiya tətbiq edilmişdi. Bundan əlavə, “App Store”dan kənarda reklam olunan tətbiqdaxili alışlar üçün ayrıca 5% komissiya nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər