10 C
Baku
Saturday, March 14, 2026

ABŞ Strateji Neft Ehtiyatından ilk neft partiyalarını gələn həftə bazara çıxarmağı planlaşdırır

Vaşinqton administrasiyası ABŞ-ın Strateji Neft Ehtiyatından neftin gələn həftənin sonuna qədər bazara çıxarılacağını gözləyir.

Bu barədə ABŞ Energetika Nazirliyinin açıqlamasında bildirilir.

Martın 11-də agentlik Strateji Neft Ehtiyatından 120 gün ərzində 172 milyon barel neft çıxarılacağını açıqlayıb. Nazirlik martın 13-də əlavə edərək bildirib ki, ilk partiyaların gələn həftənin sonuna qədər bazara daxil olması gözlənilir.

Sənədə əsasən, enerji resursu şirkətlərə mübadilə proseduru vasitəsilə veriləcək. Bu mexanizm şirkətlərin ehtiyatdan neft borc almasını və sonradan həmin həcmləri mükafatla geri qaytarmasını nəzərdə tutur.

Nazirlik bu mübadilələrdə iştirak etməyi planlaşdıran şirkətlərdən təkliflər toplamağa başlayıb. Birinci mərhələdə onlara 86 milyon barel neft təqdim ediləcək.

ABŞ Energetika Nazirliyi daha əvvəl ehtiyatın gələn il ərzində təxminən 200 milyon barel neft hesabına bərpa olunacağını bildirmişdi.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər