İran BƏƏ-nin ən böyük neft mərkəzini vurdu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında yerləşən əsas neft mərkəzi İran tərəfindən vurulub.

Dron qalıqlarının düşdüyü neft mərkəzində yanğın baş verib.

Yanğından sonra BƏƏ-də bəzi neft yükləmə əməliyyatları dayandırılıb.

Qeyd edək ki, hadisə ABŞ-nin İranın xam neft ixracı üçün əsas obyekt olan Xark adasına zərbə endirməsindən bir gün sonra baş verib.

İran rəsmiləri daha sonra BƏƏ-dəki limanları və körpüləri hədəf ala biləcəkləri barədə xəbərdarlıq ediblər.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər