BƏƏ ölkə üzərində hava məkanının qismən bağlanması rejimini daha bir həftə uzadıb.
Mənbənin sözlərinə görə, “hava məkanı 23 mart bazar ertəsi saat 12:00-dək qismən bağlı qalacaq”.
O bildirib ki, yerli hava limanlarına və onlardan həyata keçirilən uçuşlar üçün qonşu Oman və Səudiyyə Ərəbistanı hava məkanının sərhəd nəzarət nöqtələrinə qədər altı marşrut müəyyən edilib. Mənbə əlavə edib ki, ekipajlara dispetçer xidmətlərinin operativ məlumatlarını diqqətlə izləmək tapşırılıb.






