Qarabağda yeni enerji layihələri: Avstriya şirkəti ilə 21 milyon manatlıq müqavilə imzalandı

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti üç yeni Kiçik Su Elektrik Stansiyasının (KSES) elektromexaniki avadanlıqlarla təmin edilməsi məqsədilə Avstriyanın məşhur “GUGLER Water Turbines GmbH” şirkəti ilə satınalma müqavilələri imzalayıb.

Banker.az xəbər verir ki, ümumi dəyəri 21,1 milyon manatdan çox olan layihələr çərçivəsində “Francis” tipli su turbinlərinin layihələndirilməsi, istehsalı, nəqliyyatı və quraşdırılması həyata keçiriləcək.

Çardaqlı-1 və Çardaqlı-2 KSES: Bu stansiyaların elektromexaniki avadanlıqlarının satın alınması və quraşdırılmasına nəzarət üçün 16 355 579 AZN vəsait ayrılıb.

Əliağalı KSES: Bu stansiyanın müvafiq avadanlıqlarla təminatı və istismara verilməsi prosesi üçün isə 4 746 480 AZN məbləğində müqavilə bağlanıb.

Son xəbərlər
Digər xəbərlər