Aİ ölkələrinin XİN rəhbərləri Hörmüz boğazının açılması məsələsini müzakirə edəcəklər

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün əsas mövzusu Hörmüz boğazının açılması imkanının müzakirəsi olacaq. Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.

Kallas həmçinin ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları zəiflətməsini “təhlükəli presedent” adlandırıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət Avropa İttifaqının diqqətini Ukrayna böhranından yayındırmamalıdır.

Rusiya maksimalist məqsədlərə nail olmaq istəyir… biz sanksiya təzyiqini gücləndirməliyik”, — deyə Kallas əlavə edib.

ABŞ Yaxın Şərqdən tədarüklərdə yaranan fasilələr fonunda tankerlərə artıq yüklənmiş Rusiya nefti ilə bağlı yeni əməliyyatlara icazə verib. Mart ayında verilmiş lisenziya 11 aprelədək qüvvədə olacaq və ixrac üçün coğrafi məhdudiyyət nəzərdə tutmur. Bu müddət ərzində 19 milyon barel neft və 300 min tondan çox neft məhsulu satıla bilər.

Son xəbərlər
Digər xəbərlər