“Meta” və “Nebius” $27 milyardlıq hesablama gücünün icarəsi barədə razılığa gəlib — Bloomberg

“Meta Platforms” şirkəti “Nebius Group” ilə beş il müddətinə ümumilikdə $27 milyard dəyərində hesablama gücünün icarəsi barədə razılığa gəlib. Şirkətin rəhbəri Arkadi Volojdur. Bu barədə “Bloomberg” məlumat yayıb.

Razılaşmaya əsasən, 2027-ci ilin əvvəlindən “Nebius” tərəfdaşına süni intellekt modellərinin inkişafı üçün təxminən $12 milyard dəyərində infrastruktur təqdim edəcək. “Meta” həmçinin növbəti beş il ərzində əlavə $15 milyard dəyərində hesablama gücləri almağı öhdəsinə götürür. “Bloomberg” bu razılaşmanı “Meta” tarixində ən böyük müqavilələrdən biri adlandırır.

2025-ci ildə “Meta” və “Nebius” artıq $3 milyard dəyərində ilk sazişi imzalayıblar. O da beş illik müddətə nəzərdə tutulmuşdu. “Nebius” həmin razılaşma çərçivəsində süni intellekt infrastrukturu təqdim etməyi və üç ay ərzində lazımi gücləri işə salmağı öhdəsinə götürmüşdü.

2026-cı il martın 11-də “Nvidia” “Nebius”a $2 milyard investisiya qoyacağını açıqlayıb. Strateji tərəfdaşlıq çərçivəsində şirkətlər “süni intellekt üçün yeni nəsil bulud infrastrukturu” yaratmağı planlaşdırır. “Nebius”un 2030-cu ilin sonuna qədər gücü 5 GVt-dan çox olan klasterləri işə salması üçün “Nvidia” öz hesablama platformalarının qoşulmasına kömək edəcək.

“Nebius Group” əslində Rusiyanın texnologiya şirkəti “Yandex”in Niderlandda qeydiyyatdan keçmiş “Yandex N.V.” strukturu olub. Şirkət “Yandex”in Rusiya biznesinin satışından sonra adını dəyişərək “Nebius Group” adını alıb və hazırda süni intellekt üçün infrastruktur yaradılması ilə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər