Tədqiqatın adı: Likvidlik şəraitindən asılı overnayt banklararası faiz dərəcəsinin dəyişkənliyi: əsas determinantlar və siyasət tövsiyələri
Müəlliflər: Elmir Muxtarov, Əli Hacılı, Aygün Qarayeva, Vüqar Əhmədov
Dil: İngilis dili
Tarix: 2025
Xülasə: Effektiv pul siyasətinin həyata keçirilməsi üçün qısamüddətli banklararası faiz dərəcəsinin siyasət faiz dərəcəsinə yaxın səviyyədə idarə olunması, eyni zamanda onun volatilliyinin məhdudlaşdırılması vacibdir. Bu, pul siyasətinin transmissiya mexanizminin səmərəli işləməsini təmin edir və bankların likvidlik və faiz dərəcəsi risklərini azaldır. Bu tədqiqat işinin əsas məqsədi qısamüddətli banklararası faiz dərəcələrində dəyişkənliyə səbəb olan amilləri müəyyənləşdirmək və izah etmək, həmçinin məcburi ehtiyat normasının tətbiqi zamanı istifadə edilən ortalama üsulu ilə hesablama mexanizminin bank sektorunun likvidliyinə təsirini araşdırmaqdır.
Tədqiqat nəticəsində inkişaf etməkdə olan ölkə təcrübəsindən əldə edilən empirik dəlillər göstərir ki, kumulyativ rezerv mövqeyinin öz trendindən kənarlaşması banklararası faiz dərəcələrinin dəyişkənliyinə əhəmiyyətli təsir göstərir. Xüsusilə, nəticələr pul bazarında mövcud likvidlik səviyyəsindən asılı olaraq iki fərqli likvidlik şəraiti müəyyən edir: yüksək həssaslıq şəraiti və aşağı həssaslıq şəraiti. Bu nəticələr onu göstərir ki, mərkəzi banklar kumulyativ rezerv mövqeyini yaxından izləməli və likvidliyi proaktiv şəkildə onun trend trayektoriyasına yönəltməlidirlər.
PDF: likqvidlik






