®VTB (Azərbaycan) 19–21 mart 2026-cı il tarixlərində Bakıda keçiriləcək uşaqlar üçün keçiriləcək “A. A. Banişevski adına Bakı Kuboku”nun rəsmi tərəfdaşı olacaq.
“A. A. Banişevski adına Bakı Kuboku” L. İ. Yaşin adına “Dinamo” Akademiyası və “Neftçi” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. Turnirdə Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstandan 2015-ci il təvəllüdlü komandalar iştirak edəcək. Yarışda Moskva və Voronej “Dinamo” akademiyaları, “Neftçi”, “Qarabağ”, “Ulduz”, “Kayrat”, “Beşiktaş” və “Göztepe” komandaları yer alacaq.
Turnir “Neftçi”nin tarixində ən məhsuldar hücumçulardan biri, 1972-ci ildə Avropa çempionatının gümüş mükafatçısı, əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunub. Təşkilatçılar qeyd edirlər ki, yarış yalnız idman rəqabətini deyil, həm də müxtəlif ölkələrdən olan gənc futbolçular arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyir.
Tədbirə xüsusi məna verən məqamlardan biri də “Dinamo” Akademiyasının direktoru Aleksandr Kuznetsovun ailəsinin Bakı futbolu ilə bağlılığıdır. Onun atası – Yuri Kuznetsov Bakıda doğulub, futbol karyerasına “Neftçi”də başlayıb və daha sonra Moskvanın “Dinamo” klubunda üçqat SSRİ çempionu olub.
Qeyd:
VTB (Azərbaycan) respublikada idmanın inkişafına fəal dəstək verir. Bank Azərbaycan Basketbol Liqasının rəsmi sponsorudur və həmçinin 2024-cü ildə Islamic Ice Hockey Tournament turnirində “Baku Flames” komandasının tərəfdaşı kimi çıxış edib. 2025-ci ildə Rusiyanın Kazan şəhərində növbəti dəfə “Baku Flames”-ə dəstək oldu. Ötən il FCDM futbol məktəbinin açılışı ölkədə uşaq və gənclər idmanının dəstəklənməsi istiqamətində daha bir mühüm addım oldu.





