“PAŞA Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən “PAŞA Bank” Açıq
Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı 30 aprel 2026-cı il tarixində, saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. “PAŞA Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi;
2. İllik idarəetmə hesabatlarının təsdiqlənməsi;
3. Mükafatın ödənilməsi;
4. Digər məsələlər.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla
Bankın Baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər