Azərbaycanın inşaat şirkətinin kapitalından 2 milyon manat geri çəkilir

“TVM İnşaat” MMC yenidən nizamnamə kapitalını azaldır.

Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitalının 4 189 610 manata azaldığını elan edir.

Xatırladaq ki, “TVM İnşaat” şirkəti bundan əvvəl nizamnamə kapitalının 6.189.610 manata azaldığını elan etmişdir. Belə ki, MMC-nin nizamnamə kapitalı 2 milyon manat azaldılıb.

Onu da qeyd edək ki, inşaat şirkətinin qanuni təmsilçisi Musa Ağayevdir.

Son xəbərlər
Digər xəbərlər