Zığ gölü ətrafı yaşıllaşdırılır – 6 milyon manatlıq layihə başlayır

Zığ gölü ətrafında yaşıllaşdırma işləri üçün 6 milyon manatlıq müsabiqə elan edildi.

Banker.az xəbər verir ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni satınalma müsabiqəsi elan olunub.

Müsabiqə Suraxanı rayonu ərazisində, Zığ gölü ətrafında yerləşən sahələrdə genişmiqyaslı yaşıllaşdırma işlərini əhatə edir. Layihə çərçivəsində yeni yaşıllıqların salınması və müasir damcılı suvarma sisteminin qurulması nəzərdə tutulur.

Layihə işləri birinci mərhələ üzrə həyata keçiriləcək və bu məqsədlə 6 milyon manat vəsait ayrılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər