ABB xarici bankda iştirak payı alır

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin ( “ABB” ASC)  07.05.2026-cı il tarixində Bankın  səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki,  “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən  səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;

2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;

3. “ABB” ASC-nin aktivlərin idarə edilməsi üzrə törəmə şirkətinin yaradılması;

4. Xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması;

5. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi

Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 15.04.2026-cı il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).

Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 15.04.2026-cı il tarixindən 06.05.2026-cı il tarixinədək elektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər