16 C
Baku
Tuesday, October 1, 2024

Amerika dollarlarını gübrəyə çevirəcəklər

ABŞ-ın Federal Ehtiyat Sistemi köhnə dollar banknotlarından yeni faydalı şəkildə istifadə edilməsinə qərar verib və bu yeni istifadə metodu ətraf mühit üçün xeyir gətirəcək. Belə ki, dövriyyədən çıxmış pulların yenidən emal edilməsi sistemi köhnə banknotları gübrəyə çevirəcək.

Banker.azın verdiyi məlumata görə, bu günə qədər dövriyyədən çıxarılan və doğranılan pullar sadəcə olaraq zibil qutusuna göndərilirdi. İndi isə yeni emal üçün nəzərdə tutulmuş innovativ sistem həmin pulları faydalı gübrəyə çevirəcək. Əldə edilən subməhsul isə ferma və kənd təsərrüfatı təşkilatlarına satılacaq.

Hər kəsə yaxşı tanış olan amerikan dolları sabit olaraq dünyanın əsas valyutası statusunu qoruyub saxlayır. 1973-cü ildə ABŞ ilə Səudiyyə Ərəbistanı arasında imzalanan müqavilədən sonra “neftdolları” anlayışı peyda oldu. 1975-ci ildə isə Neft ixrac edən ölkələr təşkilatı dolları neft alışı üçün vahid valyuta elan etdi. Bu isə neftə olan tələbatı artırdı. Bir çox iddialara görə, gələcəkdə növbəti böhran dalğası ABŞ maliyyə sistemini zəiflədəcək və bununla əlaqədar olaraq da, dollar zəifləyəcək. Lakin ekspertər əmindirlər ki, bu hadisənin baş vermə ehtimalı çox azdır.

Son xəbərlər
Digər xəbərlər