“Ashurkhan Royal Estate” MMC-nin nizamnamə kapitalı azaldıldı.
Banker.az xəbər verir ki, “Ashurkhan Royal Estate” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəl 23 115 844 manat olan nizamnamə kapitalını 20 451 054 manata endirib.
Beləliklə, MMC-nin nizamnamə kapitalı 2 664 790 manat azalmış oldu.
Şirkət Bakı şəhəri, Səbail rayonu, Telman Bağırov küçəsi 29 ünvanında fəaliyyət göstərir.
Onu da qeyd edək ki, şirkətin rəhbəri Pavel Denisenyadır.







