Almaniyada inflyasiya mart ayında 2,8%-ə yüksələrək rekord həddə çatıb

Mart ayında Almaniyada inflyasiya bir ildən çox müddətdə ən yüksək səviyyəyə yüksəlib. Bu barədə Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına istinadən “Bloomberg” yazır. İstehlak qiymətləri indeksi illik ifadədə 2,8% artıb. Analitiklər fevral ayında 2%-lik artımdan sonra martda bu dinamikanı gözləyirdilər.

Almaniya üçün bu qədər yüksək inflyasiya səviyyəsi sonuncu dəfə 2025-ci ilin yanvarında müşahidə olunub. İqtisadçılar inflyasiyanın sürətlənməsini enerji daşıyıcılarının qiymətlərinin artması ilə izah edirlər. Bu artım isə İranda baş verən müharibə ilə əlaqələndirilir.

Mart ayında Almaniyada enerji daşıyıcılarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% artıb. Bu, ölkədə 2023-cü ilin dekabrından bəri enerji qiymətlərində qeydə alınan ilk artım olub.

Son xəbərlər
Digər xəbərlər