“Tütün və tütün məmulatları haqqında Qanun”la 1 aprel 2026-cı il tarixindən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, qeyd edilən tarixdən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.







