The Economist: İrandan sonra qızıl əvvəlki qədər cəlbedici görünmür  

Qızıl ənənəvi olaraq böhranlar və pulun dəyərsizləşməsinə qarşı qorunma vasitəsi hesab olunur, lakin istiqrazlar və ya dividend verən səhmlər kimi gəlir yaratmır.

İnvestisiya (Banker.az)” xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.

Nəşr qeyd edir ki, adətən geosiyasi gərginlik və enerji şokları zamanı qiyməti artır. Lakin ABŞ-İsrail münaqişəsinin İranla bağlı eskalasiyasından sonra qızıl təxminən 15% ucuzlaşıb və qlobal səhmlərdən geri qalıb.

“The Economist” bunun əsas səbəbləri kimi real istiqraz gəlirliliyinin artması, bəzi mərkəzi bankların (məsələn Türkiyə və ehtimal ki Hindistan) satışları və investorların spekulyativ davranışıdır ki, bu da qızılı qismən “meme-aktivə” çevirib.

Tarixi baxımdan qızılın əsas rolu yüksək dövlət borcu fonunda pulun dəyərsizləşməsindən qorunmaqdır. Spekulyativ təzyiq azaldıqca qızılın yenidən təhlükəsiz aktiv statusunu gücləndirməsi mümkündür.

Son xəbərlər
Digər xəbərlər