Azərbaycanda həyat sığortası üzrə zərərlilik əmsalı qalxmaqdadır

Azərbaycanda 2026-cı ilin ilk iki ayının nəticələrinə görə həyat sığortası üzrə sığorta haqları illik müqayisədə 7.46% artaraq 118.31 mln. təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Eyni dövrdə sığorta ödənişləri daha sürətli artaraq 44.36% yüksəlib və 100.75 mln. olub.

Nəticədə həyat sığortası üzrə zərərlilik əmsalı 2025-ci ildəki 63.40%-dən 2026-cı ildə 85.17%-ə yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə sığorta haqları 26.43%, ödənişlər isə 16.24% artmışdı.

Həyatın yaşam sığortası üzrə 2026-cı ildə haqlar 6.03% artaraq 109.89 mln., ödənişlər isə 44.60% artaraq 99.67 mln. təşkil edib.

Həyatın ölüm halından sığortada haqlar 25.05%, ödənişlər isə 43.63% yüksəlib. Əmək qabiliyyətinin sığortası üzrə haqlar 47.12% artsa da, ödənişlər 81.25% azalıb.

Sağalmaz xəstəliklərdən sığortada isə haqlar 63.44%, ödənişlər 18.62% artım göstərib.

Min manatla34534543

Son xəbərlər
Digər xəbərlər