Azərbaycan sığorta bazarında 30 illik fəaliyyəti ilə etibarlılığı və peşəkarlığı ilə seçilən “Atəşgah” Sığorta Şirkəti ASC 2025-ci ili 1 milyon 684 min manat xalis mənfəətlə başa vurub.
2025-ci ildə şirkətin ümumi gəliri 71 milyon 908 min manat (illik müqayisədə 3%-dək artım), xərcləri 69 milyon 803 min manat (7%-dək artım) təşkil edib.
Şirkətin sığorta haqları üzrə göstəricilərinə nəzər yetirdikdə isə bu rəqəm 2024-cü ildə 76 milyon 453 min manat olduğu halda, 2025-ci ildə 63 milyon 806 min manat təşkil edib.
Sığorta ödənişləri isə eyni dövrlə müqayisədə 29 milyon 15 min manatdan 40 milyon 520 min manata yüksələrək əhəmiyyətli artım nümayiş etdirib.
Bu artım, şirkətin müştəri məmnuniyyətini daim ön planda tutaraq öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsinin bariz nümunəsidir.
Ödənişlərin bu qədər artması, həm də müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksək səviyyədə olduğunun göstəricisidir.
Xüsusilə Kasko və Əmlak sığortası növləri üzrə həyata keçirilmiş irimiqyaslı ödənişlər bu istiqamətdəki müsbət tendensiyanı daha aydın şəkildə nümayiş etdirir. Sözügedən sığorta növləri üzrə ödənişlərin həcmi və struktur dinamikası,
baş vermiş sığorta hadisələrinə çevik reaksiya verildiyini, zərərlərin obyektiv və vaxtında qiymətləndirildiyini, eləcə də müştərilər qarşısında yaranan maliyyə öhdəliklərinin sistemli və
effektiv şəkildə icra olunduğunu təsdiqləyir. “Atəşgah” Sığorta Şirkəti fəaliyyətində daima xidmət keyfiyyətini artırmağa xüsusi diqqət yetirir.
Şirkət müştərilərinə operativ, şəffaf və etibarlı sığorta xidməti təqdim edir, mürəkkəb sığorta proseslərini sadələşdirir və müştəriyönümlü yanaşmasını davamlı olaraq təkmilləşdirir.
2025-ci ilin nəticələri göstərir ki, “Atəşgah” Sığorta Şirkəti həm maliyyə dayanıqlığı, həm də müştəri məmnuniyyəti baxımından nümunəvi fəaliyyəti ilə bazarda öz mövqeyini qoruyur.
Şirkətin gələcək strategiyası, müasir texnologiyalardan və xidmət yanaşmalarından istifadə etməklə
müştəri ehtiyaclarını daha da geniş şəkildə təmin etmək üzərində qurulub.






