®Artıq Bank Avrasiyanın VISA və Mastercard kartlarını Apple Pay xidmətinə əlavə edərək gündəlik ödənişlərinizi daha sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.
Kartınızı iPhone və ya Apple Watch cihazınızdakı Wallet tətbiqinə əlavə etməyiniz kifayətdir. Bundan sonra mağazalarda, restoranlarda və digər satış nöqtələrində, eləcə də onlayn platformalarda təmassız ödənişləri saniyələr ərzində tamamlaya bilərsiniz.
Apple Pay vasitəsilə edilən əməliyyatlar yüksək təhlükəsizlik standartlarına uyğun qorunur.
Bank Avrasiya müştərilərinə innovativ və müasir maliyyə həlləri təqdim etməyə davam edir.
Bank Avrasiya ASC, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 28.11.2007-ci il tarixli, 251 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı Bank Avrasiya-nın rəsmi Facebook, Instagram və LinkedIn sosial media hesabları vasitəsilə və ya *2226 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.







