9 C
Baku
Thursday, December 12, 2024

Həyatda qalib gəlməyin 6 qaydası

1. Güzgü qanunu

Məni əhatə edən insanlar – mənim güzgülərimdi.  Onlar mənim şəxsiyyətimin xüsusiyyətlərini əks etdirirlər, hansı ki, mən heç özüm o xüsusiyyətləri bəzən dərk etmirəm.  Belə ki, əgər kimsə mənə kobudluq edirsə, deməli mən qəlbimin dərinliyində özüm də kobudluq etməyə hazıram. Ona görə də inciməyə dəyməz.

2. Seçim qanunu

Mən başa düşürəm və dərk edirəm ki, həyatımda baş verən hər şey – mənim öz şəxsi seçimlərimin nəticəsidir, mən bütün bu seçimləri öz emosiyalarıma və duyğularıma, öz düşüncəmə əsaslanaraq etmişəm. Ona görə də heç kəsi heç nədə ittiham etməyin, heç kəsi günahkar görməyin. Yaşadığım taleyin müəllifi – mən özüməm.

3. Məsuliyyət qanunu

Mən öz seçimlərimə görə məsuliyyəti öz üzərimə götürürəm  və istənilən bir şeyə görə özümə bəraət qazandırma cəhdindən uzaq dayanıram, çünki bu faydasızdır.

4. Səhv etmə hüququ (günahkarlıq). 

Mən öz düşüncə və mühakimələrimin qüsurlu ola bilməsini qəbul edirəm. Həmişə haqlı olmaq iddiası gec-tez insanın şəxsi fəlakətinə gətirib çıxarır. Kim ki, dəlicəsinə heç bir tərəddüd etmədən öz dünya obrazına inanırsa, o real dünyanı görmür.

5. Uyğunluq qanunu

Mən məhz uyğun olduğum (layiq olduğum) nemətlərə sahibəm, istər bu şəxsi münasibətlər olsun, istər vəzifə, istər də pul.  Ona görə də mənim bütün iradlarım, etirazlarım əhəmiyyətsizdir. Amma bunun əvəzində, əgər mən baş verənlərə öz münasibətimi dəyişirəmsə – şərtlər də (baş verənlər) də dəyişir.

6.  İştirak qanunu 

“Burada və indi”.Keçmiş yoxdur, çünki o, artıq gedib. Gələcək yoxdur, çünki o hələ gəlməyib. Keçmişə bağlılıq depressiyaya gətirib çıxarır, gələcəklə bağlı qayğılar isə narahatlığı və həyəcanı artırır. Nə qədər sağam – mən ölməzəm. Deməli sevinməyə səbəb var.

Son xəbərlər
Digər xəbərlər