Avropa İttifaqı ABŞ-nin NATO-ya qarşı hazırkı mövqeyini nəzərə alaraq öz müdafiəsini gücləndirməlidir.
Banker.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə Estoniyanın ERR telekanalına müsahibəsində deyib. “Biz öz müdafiəmizi gücləndirməliyik. Əlbəttə ki, heç kim amerikalıları əvəz edə bilməz, çünki NATO müttəfiqliklər üzərində qurulub”, – deyə diplomat bildirib.
Kaya Kallasın sözlərinə görə, Avropa həm müdafiə sahəsinə investisiyaları, həm də müttəfiq münasibətlərinin gücləndirilməsi baxımından səylərini davam etdirməlidir. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların NATO-dan çıxma ehtimalı ilə bağlı açıqlamalarını “həyəcanverici siqnal” adlandırıb.
NATO-nun İrana qarşı hərbi əməliyyata dəstək verməməsi ilə bağlı Donald Trampın ittihamlarını əsassız adlandıran Kaya Kallas NATO-ya bununla bağlı heç bir sorğunun daxil olmadığını vurğulayıb.







