İran hökumətinin informasiya şurasının rəhbəri Elyas Həzrəti “Hörmüz paktı”nın yaradılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, bu sənəd ərəb və Asiya ölkələri üçün boğazdan istifadə şərtlərini müəyyənləşdirəcək.
“Hörmüz paktı adlanan regional və beynəlxalq mexanizmin yaradılması mümkündür — bu, İran İslam Respublikasının himayəsi altında, region ölkələrinin, Asiya və ərəb dövlətlərinin, həmçinin bu strateji marşrutdan istifadə edən bəzi Avropa iştirakçılarının iştirakı ilə bağlanacaq sazişdir”, — deyə İran hökumətinin rəsmi Telegram kanalında yayılan bəyanatda bildirilir.
Fevralın 28-də İsrail və ABŞ İrana zərbə endirib. Buna cavab olaraq İran Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırıb. Bu marşrutdan dünya üzrə neft və LNG tədarükünün təxminən beşdə biri keçir. Mart ayında isə Rusiya, Hindistan, Çin və Tailand da daxil olmaqla dost ölkələr üçün keçidə icazə verilib.
ABŞ prezidenti Donald Tramp boğazdan asılı olan ölkələri onun açılmasını özlərinin təmin etməyə çağırıb. “Financial Times” yazır ki, Fars körfəzi ölkələri neft və qaz ixracı üçün Hörmüz boğazını yan keçən boru kəməri layihələrini nəzərdən keçirirlər.







