Azərbaycanda manatda yeni verilmiş kreditlərin orta faiz dərəcəsi fevralda da artaraq 19 faizə qədər yüksəlib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının fevral üzrə açıqladığı bülletenə istinadən xəbər verir.
Belə ki, kredit təşkilatlarının milli valyutadakı yeni kreditlərinin orta faizi son bir ayda 17.69 faizdən 18.87 faizə qalxıb. Bu xarici valyutada isə əksdir. Belə ki, banklar yanvarda yeni xarici valyuta kreditlərini ortalama 6.37 faizdə verirdisə, bu fevrala 6.16 faizə düşüb.
Eyni tendensiya depozitlərə də aid etmək olar. Məsələn, milli valyutadakı yeni depozitlər 6.54 faizdən 6.62 faizə düşdüyü halda , dollardakı depozitlər 3.19 faizdən 2.87 faizə düşüb.







