®Unibank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən “Bankçılıq Mükafatları – 2025” təşəbbüsü çərçivəsində 5 nominasiya üzrə qalib olub. Qiymətləndirmə bankların müxtəlif sahələr üzrə fəaliyyətlərini əhatə edib.
Qiymətləndirmənin nəticələrinə əsasən, Unibank aşağıdakı nominasiyalar üzrə mükafatlandırılıb:
“Korporativ sosial məsuliyyət” – Bankın sosial yönümlü layihələri, inklüziv təşəbbüsləri və cəmiyyətə verdiyi davamlı töhfələr bu kateqoriyada yüksək qiymətləndirilib.
“Maliyyə savadlılığı dəstəkçisi” – Bankın geniş auditoriyanı əhatə edən maarifləndirici proqramları, təlimlər və rəqəmsal kontent vasitəsilə maliyyə biliklərinin artırılmasına verdiyi töhfə bu nominasiyada önə çıxıb.
“Təhsil dəstəkçisi” – “Unibank”ın təhsil sahəsində həyata keçirdiyi layihələr, gənclərin inkişafına yönəlmiş təşəbbüslər xüsusi qeyd olunub.
“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” – Bankın ekoloji məsuliyyət, sosial təsir və korporativ idarəetmə prinsiplərinə uyğun fəaliyyətləri, eləcə də dayanıqlı inkişafı təşviq edən layihələri bu istiqamətdə fərqlənməsinə səbəb olub.
“Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” – “Unibank”ın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişləndirilməsi, xarici tərəfdaşlıqlar və qlobal maliyyə sisteminə inteqrasiya istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib.
“Unibank”ın 5 nominasiya üzrə əldə etdiyi bu nəticə bankın yalnız maliyyə xidmətləri sahəsində deyil, eyni zamanda sosial məsuliyyət, təhsil, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində də ardıcıl və strateji fəaliyyətinin göstəricisidir.
Unibank- Sənin Bankın!







