Azərbaycandakı banklar 2026-cı ilin yanvar-fevral ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 235 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 37.4 milyon manat və ya 19% artıb.
2025-ci ilin yanvar-fevral ayında banklar 197.6 milyon manatlıq depozit faizləri ödəmişdilər.







