Qızıl Balıqartırma Zavodu fəaliyyətini dayandırır – 91 milyonluq şirkətə qoşulur

“D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti  fəaliyyətinə xitam verilərək “Azerbaijan Fish Farm” MMC-yə qoşulur.

Banker.az xəbər verir ki, “Azerbaijan Fish Farm” MMC “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

Xatırladaq ki, “Azerbaijan Fish Farm” 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 90 920 000 manatdır və qanuni təmsilçisi Kənan Məmmədlidir.

Son xəbərlər
Digər xəbərlər